!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şahramanyanın qondarma rejim sayıqlaması: “Adları heç “it dəftəri”ndə də yoxdur”

!Reklam – Yazi

“Samvel Şahramanyan bugünkü açıqlamasında hansı ölkənin konstitusiyasını əsas tutur, anlamıram. Yəqin ki, o, özlərinin qondarma, reallıqda olmayan “məmləkət”inin “konstitusiya”sından bəhs edir”.

Bu sözləri Yenicag.a-za açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Siyasi təhlilçi özünü buraxmış separatçı qondarma rejimin sabiq “prezident”i Samvel Şahramanyanın bu gün “Yerablur” hərbi panteonunda jurnalistlərə verdiyi açıqlamasını şərh edib.

T. Abbasov diqqətə çatdırıb ki, separatizm rejimi qüvvədə olanda onların hamısının ciblərində Ermənistan pasportları mövcud idi və onlar yalnız Ermənistan pasportları ilə xaricə gedib-gələ bilərdilər:

“Çünki qeyri-legitim “dövlət”in “pasport”u heç yerdə tanınmır və dünya reyestrlərində də onun adı yoxdur. Necə deyərlər, adları heç “it dəftəri”ndə də yox idi.

Odur ki, bunlar 30 ilə yaxın həm özlərini aldatdılar, həm də dünya birliyini çaşdırdılar ki, guya onlar öz müqəddəratlarını həll ediblər, yollarını tapıblar, Azərbaycan bunlara imkan vermirdi, indi bunlar “müstəqil”, “demokrat”dırlar və s. Paşinyanın etirafı isə artıq onu göstərir ki, bu, bir qrup avantürist, quldur, Robet Koçaryan və Serj Sarkisyan kimi fırıldaqçıların oyunu idi. Onlar bu oyunun qurbanı kimi də erməni xalqını istifadə etdilər. Ona görə də bu gün Paşinyan sözün düzünü deyir və bildirir ki, qondarma “dövlət naziri” Ruben Vardanyan haradan gəldi, kim onu Qarabağa göndərdi? O bildirir ki, onun Ermənistana dəxili yoxdur və təsadüfi bir şəxs idi”.

“Bu oyunbazlıqlar isə hələ də davam edir. Şahramanyan sənəd imzalayır ki, mən qondarma rejimi buraxıram, sonra da qayıdıb deyir ki, “yox, bu antikonstitusiyadır və qeyri-legitimdir”. Siz onsuz da başdan ayağa qeyri-legitimsiniz və sizin bu oyunbazlığınız qeyri-ciddi bir yanaşmadır. Digər yandan, görünən odur ki, bunlar müflisləşmiş fırıldaqçılardır və çalışırlar ki, dünyaya mütəşəkkil qüvvə olduqlarını təqdim etsinlər. Bu gün onlar fırıldaqçılıqla yenə də vəsaitlər qazanırlar. Çünki erməni təşkilatları, diaspor strukturlarının hamısı guya Qarabağ ermənilərinə kömək göstərmək üçün pul yığdılar, amma, əslində, o pulların əksər hissəsi yollarda it-bat oldu, o pulların bir hissəsi mənimsənildi. Lakin onlar nə qədər çalışsalar da, “əmək”lərinin heç bir faydası olmayacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, qondarma rejimin yaradılmasının 33-cü ili ilə bağlı İrəvandakı “Yerbalur” hərbi panteona səfər edən S. Şahramanyan deyib ki, separatçı rejimin ləğvi ilə bağlı sənədin hüquqi qüvvəsi yoxdur. Onun sözlərinə görə, imzaladığı sənəd “antikonstitusiyadır”. O, həmçinin bildirib ki, Qarabağ ermənilərinin “vətənlərinə qayıtmaq və inkişaf etdirmək istəyi güclüdür”, lakin onların beynəlxalq təminatları olmalıdır.

Bundan öncə isə Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 31-də keçirdiyi mətbuat konfransında qeyd etmişdi ki, müəyyən bir nöqtədən “Dağlıq Qarabağ” məsələsi Ermənistan Respublikasına təsir alətinə və nə vaxtsa Ermənistan Respublikasının müstəqilliyi məsələsini həll etmək vasitəsinə çevrildi.

O, vurğulamışdı ki, ölkə daxilində keçmiş “Dağlıq Qarabağ” məsələsindən Ermənistanı müstəqillikdən məhrum etmək üçün istifadə edən konkret tərəfdarlar var və onların ünvanları hamıya məlumdur.

Rafi Müslümov

COP29

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv