Şahzadə Diana rolunu bu aktrisa canlandıracaq

media-hightechnic-468x90

Kraliça II Yelizavetanın hakimiyyəti illərindəki siyasi rəqabətlər, məhəbbət macəraları və digər önəmli hadisələrin yer aldığı “The Crown” teleserialında Şahzadə Diana rolunu ifa edəcək aktrisa bəlli olub.

Yenicag.az xəbər verir ki, “Lady Diana” obrazını aktrisa Emma Korrin canlandıracaq.

Emma Korrinin teleserialın dördüncü mövsümündən etibarən izləyicilərin qarşısına çıxacağı bildirilib. Aktrisa təəssüratlarını media nümayəndələri ilə paylaşıb:
“Seriala qatılmaq mənim üçün çox həyəcanlı və qürurvericidir. İstedadlı aktyor ailəsinə qatılmaq həqiqətən də bir uğurdur. Şahzadə Diana bir ikondur, onun dünyada qoyduğu izlər çox dərin və ilhamvericidir”.

Qeyd edək ki, “Şahzadə Diana” rolu üçün elanlar çıxarkən “gənc və istedadı ilə heyrətləndirən aktrisa tələb olunur” ifadəsinə yer verilib. Həmin şəxs həm komediya oynamağı bacarmalı, həm də ümidsizlik və tənhalıq duyğusunu dərindən hiss edə bilmək qabiliyyətinə malik olmalıdır.

Tahirə Nur

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa