Şakiranın oğlu oxumağı öyrənir-Video
Dünya şöhrətli müğənni Şakira 20 aylıq oğlu Milana oxu dərsi keçərkən çəkdiyi videonu rəsmi “Facebook” səhifəsində paylaşıb.
İkinci dəfə hamilə olan 37 yaşlı ifaçı oğluna ispanca “ana”, “ata” sözlərini oxumağı öyrədib. Videonun sonunda Şakira yazılan sözləri düzgün tələffüz edən Milanı təbrik edir.
Xatırladaq ki, Şakiranın “Facebook” profili 102 milyon ziyarətçisi ilə dünyanın ən çox izlənilən səhifəsi olaraq “Ginnesin rekordlar kitabı”na düşüb.