!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Salih Yılmaz: “Nə Rusiya, nə ABŞ öz hərbi qüvvələrini Suriyadan çıxarmağa hazırlaşmır” – VİDEO

!Reklam – Yazi

“Nə Rusiya, nə ABŞ öz hərbi qüvvələrini Suriyadan çıxarmağa hazırlaşmır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Suriyadakı mövcud vəziyyəti və proseslərin mümkün inkişafını şərh edən türkiyəli politoloq Salih Yılmaz deyib.

“Rusiya ABŞ-ın öz qoşunlarını Suriyadan çıxaracağına inanmır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıq şəkildə ifadə edib. Eyni zamanda, Rusiya da öz qoşunlarını Suriyadan çıxaracağını bəyan etmişdi.

Hətta bu çərçivədə Rusiyanın hərbi texnika və aviasiyasının Suriyadan çıxarılmasına dair mətbuatda materillar da yayımlanmışdı.

Lakin Rusiya nəinki bu addımı atmadı, əksinə, Suriyadakı hərbi mövcudluğunu daha da artırdı. Rusiya hazırda Türkiyənin Bəşər Əsəd hökuməti ilə danışıqlar masasına əyləşməsini istəyir və əvəzində PKK/PYD-yə qarşı mübarizədə Ankaraya dəstək vəd edir.

Hər halda, Türkiyənin Suriyada hərbi əməliyyata hazırlaşması və ABŞ-ın öz hərbi kontingentini oradan çıxarmaq haqqında bəyanatları Rusiyada müəyyən tərəddüdlər yaradır.

Əgər bu plan baş tutmasa, Rusiya Türkiyənin hərbi əməliyyatlarının məhdudlaşdırılmasına və ABŞ-ın tərk edəcəyi ərazilərin Əsəd qüvvələrinə verilməsinə çalışacaq”.

A.Zeynalov

www.yenicag.az

2076
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv