Salyanda ağır yol qəzası baş verib: 2 ölü

media-hightechnic-468x90

скачанные файлыSalyan rayonunda faciə ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, dekabrın 22-də saat 23.30 radələrində Ələt-Astara yolunun 58-ci kilometrliyində – Salyan rayonu ərazisində Salyan rayon sakinləri, 1984-cü il təvəllüdlü Əsgərov Rauf Ramil oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Mehdiyev Elşad Qəmbəralı oğlunun idarə etdiyi “Tayota-Prado” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ 2106”-da olan sərnişinlər – Salyan rayonu Xalac kənd sakini, 1980-ci il təvəllüdlü İsayev Vüqar Mehman oğlu və Salyan rayon Kürkənd sakini, 1978-ci il təvəllüdlü Ağayev Elmar Bəyoğlan oğlu hadisə yerində ölüb.

“VAZ 2106”-nın sürücüsü ağır bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYPİ-də cinayət işi başlanıb, araşdırma aparılır(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600