Şamaxıdakı ağır yol qəzası ilə bağlı nazirlikdən AÇIQLAMA - Ölən və yaralanan var

media-hightechnic-468x90

Səhiyyə Nazirliyi Şamaxıda baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, qəza nəticəsində iki kişi (39, 31 yaş ) ağır xəsarət alaraq kritik vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır kəllə beyin travması ilə xəstəxanaya gətirilən 39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Kritik vəziyyətdə olan digər yaralının vəziyyəti bir qədər stabilləşdirildikdən sonra onu paytaxtda yerləşən özəl klinikalardan birinə köçürmək qərarına gəliblər. Hazırda müalicəsi özəl klinikada davam etdirilir.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa