Sarkisyan görüş öncəsi Fransaya gedib

media-hightechnic-468x90

downloaminskdErmənistan prezidenti Serj Sarkisyan həftə sonu – oktyabrın 26-da Fransa prezidentinin təşəbbüsü ilə Əliyev-Olland- Sarkisyan üçtərəfli görüşdə iştirak etmək məqsədilə Parisə səfər edəcək.

Qeyd edək ki, Fransanın Ermənistandakı səfiri Anri Reno jurnalistlərə açıqlamasında Fransa prezidenti Fransua Olland Ermənistan və Azərbaycan prezidentlərinin Paris görüşünün keçirilməsi təklifini tərəflər arasında inamın artırılması, həmçinin sərhəddə hərbçi və mülki vətəndaşların ölümünün qarşısının alınması üçün edib. Səfirin sözlərinə görə, Fransa tərəfi danışıqlar prosesinə yeni stimul vermək istəyir.

Parisdə keçiriləcək görüşdə ATƏT-in Minsk qrupunun digər iki həmsədri də iştirak edəcək. “Tərəflər sazişin necə olacağına dair özləri qərar verməlidir. Həmsədrlər onlara kömək edir, lakin onların əvəzinə qərar verə bilməz”, – deyə Reno bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600