Savat millimiz Bolqarıstanda 4 medal qazandı

media-hightechnic-468x90

Azərbaycanın savat millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən ənənəvi “World Open” beynəlxalq turnirində 4 medal qazanıb.

Savat Federasiyasından Yenicag.az-a verilən məlumata görə, komanda yarışda baş məşqçi Taleh Nağızadənin rəhbərliyi altında iştirak edib.

Kadetlər arasında Ağamirzə Mahmudbəyli (30 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Üzeyir Məsimov (36) isə bürünc medalla kifayətlənib.

Kişilərin yarışda isə Beyrək Bağırov (80 kq) və Sənan Babazadə (+85 kq) gümüş medala yiyələniblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600