Saxta “Apple AirPods” modelləri insan sağlamlığına zərərlidirlər – XƏBƏRDARLIQ

Naqilsiz “Apple AirPods” qulaqlıqlarının məşhurlaşması nəticəsində həmin qulaqlıqların çox sayda klonları satışa çıxıb.

Yenicag.az xarici mətbusta istinadən xəbər verir ki, həmin saxta “AirPods” modelləri orijinaldan təkcə qiymət göstəricisi və səs keyfiyyətinə görə fərqlənmir.

Məlumata görə, saxta “AirPods” modelləri həmçinin istifadəçilər üçün təhlükə mənbəyidir.

Adi versiyası 159$-a, Pro versiyası isə 249$-a satılan qulaqlıqların saxta versiyalarının külli miqdarda istehsal olunması heç də təəccüblü deyil.

Məlumata əsasən AirPods klonlarının bir çoxu orijinal modelin dizaynını əldə etməklə yanaşı həmçinin Apple H1 prosessoru ilə də təchiz olunurlar.

Mütəxəssislər öz növbələrində test üçün 7 cüt saxta AirPods modeli sifariş ediblər. Onlardan yalnız 4 cütü nəticədə sifarişçilərə gəlib çatıb. Əldə edilmiş 4 cüt qulaqlıqdan 1 cütü çalışmayıb. Nəticədə 3 cüt qulaqlığı test etmək mümkün olub.

Aşağı keyfiyyətli səs ilə yanaşı mütəxəssislər qeyd ediblər ki, sifariş edilmiş qulaqlıqlardan biri eşitmə qabiliyyətinə təhlükə mənbəyi sərgiləyib.

Belə ki, həmin qulaqlıq modelinin maksimal səs gücü 10 dB-dən (desibel) çox təşkil edib. Bu isə ölkələrdə qəbul edilmiş standartdan daha yüksəkdir.

Test nəticəsində mütəxəssislər istifdəçilərə yalnız orijinal məhsulların alınmasını məsləhət görüblər.