!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Saxta pasportla tutulan əfsanəvi futbolçu azadlığa buraxıldı

!Reklam – Yazi

Braziliya milli futbol komandasının və “Barselona” klubunun keçmiş yarımmüdafiəçisi Ronaldinyo və onun qardaşı Assis azadlığa buraxılıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, onlar xeyriyyə təşkilatında iştirak etmək üçün Paraqvayın paytaxtı Asunsonda qaldıqları oteldə kimlik yoxlanışı zamanı saxta pasport istifadə etdikləri üçün saxlanılmışdılar.

Aparılan istintaq tədbirləri zamanı futbolçu və qardaşının aldadıldığı üzə çıxıb. Bu səbəbdən onlar barəsində cinayət işi açılmayıb və sərbəst buraxılıblar.

“O, polislərə Braziliya pasportunu və şəxsiyyət vəsiqəsini göstərib.  Nəyisə gizlətmək istəsəydi, bu sənədləri təqdim etməzdi. Ronaldinyo heç bir cinayət əməli törətməyib”, – deyə vəkili bildirib.

www.yenicag.az

574
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv