Şaxta Türkiyəni cənginə alacaq-Video

media-hightechnic-468x90

turkiye sibir soyugu esas dfvgİstanbulda bu gün qarla qarışıq yağış yağacaq. Ekspertlər qarşıdakı 3 gün ərzində yaşanacaq soyuq hava ilə bağlı xəbərdarlıq edib.

Yenicag.az  aznews.az-a istinadən xəbər verir ki, Balkanlar və Qara dəniz üzərindən gələn çox soyuq və yağışlı havanın təsiri altına düşəcək Türkiyə daxilində qar yağışı və şaxta gözlənilir. Mərmərə və Egey dənizində gecə temperaturlar mənfi 10 dərəcəyə qədər aşağı düşəcək.

Qeyd edək ki, Sibir soyuqları təkcə Türkiyəyə çatmayacaq. Proqnozlara görə, Bakı və Abşeron yarımadasında, Azərbaycanın rayonlarında yanvarın 9-da hava şəraitinin dəyişiləcəyi, soyuq, küləkli, axşam yağıntılı olacağı, sulu qara keçəcəyi deyilir.

Yanvarın 10-da havanın temperaturu daha da kəskinləşəcək. Fasilələrlə yağıntılı olacaq. Sulu qar, qar yağacaq, şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600