!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saytlarda aparılan orfoqrafik MONİTORİNQ: Dil Komissiyası yeni hesabatını təqdim etdi

!Reklam – Yazi

Bu gün Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının Akademik zalında Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə “Saytlarımız monitorinq aynasında” adlı hesabat tədbiri keçirilib.

Yenicag.az xəbər verir ki, saytlarda ikinci dəfə aparılan monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədi ilə keçirilən tədbirdə rəsmi şəxslər, ziyalılar, jurnalistlər, müxtəlif saytların nümayəndələri və digər qonaqlar iştirak edib.

Mərkəzin direktoru professor Sevinc Əliyeva giriş nitqində tədbirin keçirilməsində başlıca məqsədin monitorinq zamanı aşkarlanan dil qüsurlarının təqdim edilməsi, onları əmələ gətirən səbəblərin müəyyənləşdirilməsi və mövcud nöqsanların aradan qaldırılması istiqamətində müzakirələrin aparılması olduğunu bildirib.

Tədbirdə Milli Məclisin deputatı Nizami Cəfərov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədri, akademik Möhsün Nağısoylu və başqa natiqlər çıxış edib.

Daha sonra çıxışlar ətrafında müzakirələr aparılıb.

COP29

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv