Səbail rayonunda vətəndaşlar pulsuz müayinədən keçib-Fotolar
Ölkə vətəndaşlarının sağlamlıqlarının qorunması tədbirlərini hər zaman diqqət mərkəzində saxlayan prezident İlham Əliyevin tapşırıqlarına əsasən respublikamızda keçirililən əhalinin tibbi müayinəsi tədbirləri Bakının mərkəzi rayonu olan Səbail rayonunda yüksək səviyyədə təşkil olunub.
Bununla əlaqədar Səbail rayon icra hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılıb.
Rayonda gedən işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadalarının da təşkil olunub.
Fevralın 17-dən etibarən artıq Səbail rayonu üzrə 603129 nəfərin tibbi müayinələrdən keçirilməsi təmin olunub. Müayinələr zamanı daha çox arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülmüş, onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunmuşdur. Belə ki, qeyd olunan müddət ərzində 172 nəfər stasionar müalicəyə götürülmüş, 8745 nəfərə ambulator müalicə təyin edilmişdır. Poliklinikaların həkimləri rayon sakinləri ilə yanaşı ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər(qafqazinfo.az).