İnsanın səhərlər yediyi qidalar onun sağlamlıq vəziyyəti baxımından mühüm rol oynayır. Dietoloqların fikrincə, səhərlər ac qarına yeyilməsi qadağan olunan məhsulların “qara siyahı”sı mövcuddur.
Səhər tezdən ac qarına, boş mədəyə yediyiniz və faydalı hesab etdiyiniz bir çox qidalar, əslində, səhər yeyilməməlidir.
Yenicag.az “qara siyahı”nı təqdim edir:
Situs meyvələrinin qəbulu – Limon, portağal, mandarin, kivi
Ac mədəyə düşən sitrus meyvələri selikli qişa borusunu qıcıqlandırır, turşu balansını pozur, alergiya verir, səpkilər yaradır.
Ac qarına portağal şirəsinin içilməsi qastridin yaranmasına səbəb olur.
Banan
Səhər tezdən ac qarına banan yemək kalium, maqni balansını pozur. Buna görə də insan səhər tezdən banan yedikdə gün boyu əzgin olur.
Çiy tərəvəz
Arıqlamaq niyyəti ilə səhər tezdən çiy tərəvəz yemək xeyir əvəzinə zərər verir. Belə ki, qastrid və xora çiy tərəvəzin turşu təsiri ilə artacaq.
Yoqurt
Yoqurt faydalı bakteriyalarla zəngindir. Orqanizmə isə səhər tezdən əlavə bakteriya yükü lazım deyil. Yoqurtu günorta və ya axşam yeyin.
Soyuq içkilər
Soyuq su və ya hər hansı soyuq içki mədə divarını soyudur, yeyilən qidaların həzmini çətinləşdirir. Gün ərzində narahatlıq verir.
Şirniyyat
45 yaşdan sonra şəkərli diabetdən əziyyət çəkənlərin əksəriyyəti səhərlər şirniyyat və şəkərli qidalar yeyən adamlardır. Səhər tezdən mədəaltı vəzi kifayət qədər insulin sintez etmək gücündə olmur. Ona görə də səhər ac qarnına şirniyyat vəzi üçün ölümcüldür.
Qəhvə və kofeinli içkilər
Səhər qəhvəni ancaq yeməkdən sonra içmək olar. Ac qarına qəhvə mədə və qaraciyər üçün ziyanlıdır.
www.yenicag.az