!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhidin yeni doğulan əkizləri üçün HESAB AÇILACAQ

!Reklam – Yazi

19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız Səbuhi Əliyevin Bakı şəhərində doğulan əkiz övladları Nərgiz və Nazlının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Fonddan Yenicag.az-a verilən məlumata görə, bu məqsədlə 2000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpələrin adına isə depozit hesabları açılacaq və ümumilikdə 10 000 AZN vəsait onların hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladları bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesablarından çıxara biləcəklər.

“Onlar bizə əmanət” layihəsi indiyədək 109 şəhid övladını əhatə edib.

www.yenicag.az

238
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv