Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsi başlayıb

media-hightechnic-468x90

Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşının məhkəməsi başlayıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilənlər – Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadin anket məlumatları dəqiqləşdirilib, həmçinin onlara hüquq və vəzifələri izah olunub.

Prosesdə Şəhidlər xiyabanında dəfn olunan şəhid Etibar Fərəcovun qohumu Eldəniz Fərəcov zərərçəkən qismində iştirak edib.

Məhkəmədə onları vəkillər – Vasif Həsənov, Natiq Məmmədov və Rüfət Qədirli müdafiə edib.

Dövlət ittihamçısı cinayət təqibində hər hansı bir qanun pozuntusu olmadığını deyib və işin məhkəmə baxışına verilməsinə etiraz etməyib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri onlar barəsində cinayət işinə xitam verilərək barələrində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunması üçün vəsatət veriblər.

Vəkillər vəsatəti müdafiə etdiyi şəxslərin cinayət törətdiyi yerin hara olduğunu bilmədikləri ilə əsaslandırıblar.

Vəkil deyib ki, ərəb ölkələrində məzarlar Azərbaycandakı kimi olmur. Müdafiəçi bildirib ki, təqsirləndirilən şəxslər Şəhidlər xiyabanında onların məzarlarının belə olmayacağını bir-biriləri arasında zarafatlaşaraq söyləyiblər.

Daha sonra QR kodu oxudaraq həmin yerdə şəhidlərin dəfn olunduğunu öyrəniblər və öz ölkələrinə xas olan hərbi salam veriblər, lakin bu hərbi salam yanlış anlaşılmaya səbəb olub.

Məhkəmə təqsirləndirilən şəxslər barəsində cinayət işinə xitam verilməsi ilə bağlı vəsatəti təmin etməyib. Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa