!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səhiyyə Nazirliyi hazırlıqlara başladı – Bu xəstəliklərə görə yoxlanışlar olacaq

!Reklam – Yazi

 

“Vətəndaşlarımıza xarici qonaqlardan keçə biləcək qrip və müxətlif xəstəliklərin qarşısını qarşsını almaq üçün bütün lazımi tədbirlər görülüb”.

Yenicag.az xəbər verir ki, bunu Yeni Klinikada COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair brifinqdə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, COP29 beynəlxalq iqlim tədbirinin Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əhəmiyyətlidir.

“Nəzərə almaq lazımdır ki, müxtəlif ölkələrdən 80 minə yaxın qonaq Bakıya gələcək. Xüsusilə endemik parazitoloji xəstəliklərin ola biləcəyi ehtimalına qarşı elə giriş nöqtəsindəcə müəyyən yoxlanışlar həyata keçiriləcək. Bunun üçün artıq zəruri hazırlıq işləri görülüb”, – deyə o bildirib.

Eyni zamanda, nazir müavini qeyd edib ki, meymunçiçəyi xəstəliyi ilə bağlı şübhəli hallara qarşı da lazımi resurslar mövcuddur.

“Həmçinin Səhiyyə Nazirliyi tərəfindən sifarişlə qrip əleyhinə peyvənd əldə edərək, tibb müəssələrinə peyvəndləmə aparılması üçün paylanılıb. Bir sözlə, vətəndaşlarımıza xarici qonaqlardan keçə biləcək qrip və müxətlif xəstəliklərin qarşısını qarşsını almaq üçün bütün lazımi tədbirlər görülüb. COP29 bizim üçün də sınaq olacaq. Və bu sınaqdan da uğurlu çıxacağıq”- deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

256
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv