Şəhriyar Məmmədyarov beynəlxalq yarışa getməkdən imtina etdi

media-hightechnic-468x90

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-An-Zee şəhərində keçiriləcək şahmat üzrə “Tata Steel Chess Tournament”də iştirak etməyəcək.

Yenicag.az xəbər verir ki, qrossmeyster 83-cü dəfə təşkil olunacaq yarışa qatılmamağa qərar verib.

Məmmədyarov bu barədə təşkilatçıları məlumatlandırıb. Bu səbəbdən də yanvarın 15-31-də baş tutacaq yarışda ona əvəzləyici tapılıb.

Turnirdə Şəhriyarı hindistanlı Pentala Harikrişna əvəzləyəcək. O, sonuncu dəfə 2017-ci ildə bu turnirdə çıxış edib.

Qeyd edək ki, turnirdə 14 şahmatçı qüvvəsini sınayacaq./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05