Şəki rayonunun Baltanı kəndində güclü küləyin əsməsi nəticəsində böyük bir ağac dametri 76 mm olan qaz xəttinin üzərinə aşıb.
Bu barədə Yenicag.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bundan başqa, bir ədəd fərdi tənzimləyici də sıradan çıxıb. Nəticədə 500 abonentin qaz təchizatı dayandırılıb. Hazırda “Azəriqaz” İB-nin Zaqatala Regional Qaz istismarı İdarəsinin işçiləri qazın bərpası üçün işləri davam etdirirlər.
www.yenicag.az