Şəkidə tarixi abidə ərazisində körpə skeletləri tapıldı

media-hightechnic-468x90

Şəkidə tarixi abidədə aparılan bərpa-quruculuq işləri zamanı körpə skeletləri aşkar edilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, dünən Şəki şəhəri Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğu ərazisində yerləşən və hazırda şəbəkə sexi kimi fəaliyyət göstərən tarixi tikilidə təmir-bərpa işləri aparılarkən skeletlər üzə çıxıb.

Belə ki, Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən işlər zamanı tarixi binanın içindəki beton döşəmə təmir edilərkən 80-120 sm dərinlikdə skeletlər aşkar edilib. İlkin baxış zamanı skeletlərin körpələrə aid olması və uzun illər əvvəl basdırılması müəyyən edilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05