Şəkidə baş vermiş hadisə ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti yeni məlumat yayıb.
Yenicag.az xəbər verir ki, məlumata əsasən, baş vermiş hadisə ilə bağlı xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan 4 nəfərin vəziyyəti ağırdır. FHN-nin helikopterləri hazırdır. Paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunub. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcəklər. Digər 15 nəfərə isə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri normaldır.
Hadisə zamanı xəsarət alanların siyahısı aşağıdakı kimidir:
1940-cı il təvəllüdlü Soltanova Sevinc (Rusiya vətəndaşı)
2004-cü il təvəllüdlü Soltanova Laçın (Rusiya vətəndaşı)
1998-ci il təvəllüdlü Sara Həsən – sağ budun qapalı travması çanaqda (Suriya vətəndaşı)
1952-ci il təvəllüdlü Fariq əl-Həsən (Suriya vətəndaşı)
2003-cü il təvəllüdlü Mariya əl-Həsən (Suriya vətəndaşı)
1965-ci il təvəllüdlü Samirə əl-Həsən (Suriya vətəndaşı)
1988-ci il təvəllüdlü Qalia əl-Həsən (Suriya vətəndaşı)
1983-cü il təvəllüdlü Rəsulova Səbinə
1993-cü il təvəllüdlü Məmmədov Elxan – onurğanın qapalı travması
1998-ci il təvəllüdlü Məmmədova Səkinə
1995-ci il təvəllüdlü Teymurova Validə
1996-cı il təvəllüdlü Ağayev Fərid
1995-ci il təvəllüdlü Məmmədov İlkin – ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq
1994-cü il təvəllüdlü Məmmədova Zemfira
1968-ci il təvəllüdlü Naibə Hüseynova
1961-ci il təvəllüdlü Cəfərova Məryəm
1979-cu il təvəllüdlü Niftəliyeva Könül
1970-ci il təvəllüdlü Xasiyeva Yasəmən
1987-ci il təvəllüdlü Ağamalıyeva Xatirə – sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok
***
Səhiyyə Nazirliyi hadisə ilə bağlı növbəti məlumat yayıb.
Məlumata görə, Şəkidə baş verən hadisə nəticəsində xəsarət alanlar – İlkin Məmmədov (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasan sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Həsən (sol incik sümüyünün sınığı), Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı), helikopterlə KTM-ə göndəriliblər. Xatirə Ağamalıyevanın isə (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) Təcili Tibbi Yardım avtomobili ilə travmatologiya institutuna aparılması müzakirə olunur. Digər xəsarət alan Elxan Məmmədov (onurğanın qapalı travması) Şəki MRX-da müalicəsi davam edir. Vəziyyəti orta-ağır qiymətləndirilir. Siyahıda olan digər şəxslərə tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıblar.
www.yenicag.az