Səlcuq İnanın yeni komandası RƏSMİLƏŞDİ

media-hightechnic-468x90

“Gaziantep FK” ilə yollarını ayıran baş məşqçi Səlcuq İnanın yeni çalışdıracağı klub bəlli olub.

Yenicag.az xəbər verir ki, bu barədə “NTV Spor” məlumat yayıb.

Məlumata əsasən, Türkiyə Super Liqasının yeni təmsilçisi olan “Kocaelispor” Səlcuq İnanla prinsipial razılığa gəlib və tərəflər arasında rəsmi müqavilə sabah imzalanacaq. Klubun yaydığı açıqlamada bildirilir ki, imza mərasimi iyunun 3-də saat 11:00-da “Yıldız Entegre” Kocaeli Stadionunda keçiriləcək.

Qeyd edək ki, 12 may tarixində Super Liqaya vəsiqə qazanan “Kocaelispor” bu uğurdan sonra baş məşqçi İsmet Taşdemirlə yollarını ayırmışdı.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600