Şəmkirdə silahlı insident: iki nəfər güllələndi

media-hightechnic-468x90

Şəmkir rayonunda silahlı insident olub. Hadisə rayonun Dəllər Daşbulaq kəndində baş verib. Belə ki, silahlı insident nəticəsində rayon sakini 1986-cı il təvəllüdlü Cavid Şirinov özünə məxsus “Niva” markalı avtomobildə ayağından güllələnib.

media-banner_tuq

Təfərrüatı hələlik məlum olmayan hadisə zamanı Şəmkir rayon sakini 1984-cu il təvəllüdlü Zirəddin Qarayev adlı şəxs də güllə yarası alıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır. Onlar Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.

Şəmkir Rayon Polisi Şöbəsindən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır. (Report)

Yeniçağ.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05