Xaçmaz Azərbaycanın səfalı rayonlarından biridir. Amma bu rayonun hər zaman başı hər zaman dərddə olub. Xaçmazlılar hər zaman icra başçılarının əlindən zinhara gəliblər. Artıq 10 ildir Xaçmazda başçı işləyən Şəmsəddin Xanbabayevin zülmü isə daha dəhşətlidir. Rayonun bir çox kəndlərində nə elektrik naqilli xətlər, nə də normal qaz təminatı yoxdur.
Bir qrup Xaçmazlının sözlərinə görə, rayon rəhbərliyi insanların problemləri ilə maraqlanmır,cünki başlarını dövlət əmlakını talamağa qarışıb.
İşsizlik məsələsi Xaçmaz şəhərində, bütün rayonlarda olduğu kimi, qlobal xarakter daşıyır.
Rayon Məşğulluq İdarəsi (RMİ) isə qorxuducu real rəqəmləri ictimaiyyətdən gizlətmək üçün işsizlərin sayını qeydə almır. Biz çalışdıq RMİ-nin rəisi ilə görüşüb söhbət edək. Lakin məlum oldu ki, dövlət qulluqçusu qanuna zidd olaraq YAP-ın yerli təşkilatının konfransındadır. Rayondakı özbaşınalıqlar bununla bitmir. Fikirləşmək lazım deyil ki, rayonda məhz Torpaq Şöbəsinin müdiri “at oynadır”.
İcra başçısının məhz Torpaq şöbəsinin müdiri ilə əlbir olaraq yerli sakinlərə məxsus torpaqları sahibkarlara satmasını qeyd edən məktub müəllifləri,Şəmsəddin Xanbabayevin dənizkənarındakı istirahət mərkəzinin və coxsaylı ticarət mərkəzlərinin olduğunu bildirirlrə. Şəmsəddin Xanbabayevin Etibar Pirverdiyevlə dostluğunun nəticəsidir ki,onlar bir çox böyük lahiyələri birgə həyata keçirirlər. Dövlət büdcəsindən icra hakimiyyətinə Xaçmazın daxili yollarının təmiri üçün ayrılan 3 milyon manat vəsaitdən bu günə qədər xəbər yoxdur.
Şəmsəddin Xanbabayevin əməllərindən cana doyduqlarını bildirən məktub müəllifləri 2010-cu ilin sentyabr ayının 15-də öz evində qətlə yetirilən Xaçmaz Mərkəzi Bazarının sahibəsi Nəcibə Babayevanın qatilinin bu günə qədər tapılmaması onu göstərir ki,bu qətldə də maraqlı insanlar var.
Xatırlatmaq yerinə düşər ki, mərhum Nəcibə Babayevanın qızı Gülnarə Həbibova 2011-ci ildə ölkə başçısı İlham Əliyevin Xaçmaza səfəri zamanı 5 mərtəbəli binanın damına cıxaraq icra başçısının anasını qətlə yetirdiyini bəyan etmişdi. Ailəsi N.Babayevanın qətlində Xaçmazın icra başçısı Ş.Xanbabayevin günahkar olduğunu iddia edirlər.
Mərhumənin ailəsi icra başçısının davamlı olaraq N.Babayevaya təzyiq etdiyini, bazarı onun əlindən almağa cəhd etdiyini bildiriblər. N.Babayeva ilə icra başçısı arasında uzun sürən məhkəmə çəkişmələri də olub. İcra başçısı bazara tam sahib dura bilməyib. Bundan sonra isə Nəcibə Babayeva müəmmalı şəkildə öldürülmüşdü.
O zaman Şəmsəddin Xanbabayev Bakıdakı Ordubad qruplaşmasından və yaxın dostu “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevdən böyük dəstək alaraq vəzifədə qalmağı bacarmışdı.
Yazıda adları keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq(azerinfo.org).
www.yenicag.az