Sena Parlar: “Paşinyan Rusiya ilə münasibətləri ritorika səviyyəsinə endirib”

media-hightechnic-468x90

“Paşinyanın bu davranışı “güc nümayişi”ndən çox, dar manevr sahəsində hərəkət edən liderin formalaşdırdığı refleksə bənzəyir”.

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Sena Parlar deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə konkret cavablar vermək və eyhamlı suallar ünvanlamaq cəsarətini haradan tapmasından danışıb.

Siyasi şərhçi bildirib ki, bu özünəinam qəfil yaranmayıb və sadəcə “hakimiyyətin verdiyi rahatlıq” deyil.

“Əksinə, bu, davamlı sıxıntılar içindən süzülən bir müqavimətdir. Paşinyanın özünəinamı sanki üç mənbədən qidalanır:

Küçədən gələn lider olmağın verdiyi rahatlıq

Paşinyan klassik dövlət koridorlarından çıxmış bir fiqur deyil. O, 2018-ci ildə xalq hərəkatı ilə hakimiyyətə yüksəlib. Yəni arxasında təkcə bürokratiya yox, “bədəl ödənilmiş bir hekayə” dayanır. Bu da ona böyük güc mərkəzlərinin liderləri ilə danışarkən psixoloji bərabərlik hissi verir.

Zərurətin yaratdığı cəsarət

Ermənistan kimi həssas bir coğrafiyada liderlik etmək daim böhran idarə etmək deməkdir. Belə şəraitdə Rusiya kimi aktora qarşı “həddindən artıq ehtiyatlı” davranmaq bəzən daha böyük risklər yaradır. Paşinyanın üstüörtülü sualları bir növ belə mesaj verir: “Manevr sahəm onsuz da dardır, buna görə də danışmalıyam.”

Yeni nəsil lider dili

Putin daha klassik, iyerarxik və güc mərkəzli dildən istifadə etdiyi halda, Paşinyan daha birbaşa, bəzən isə sorğulayıcı üslub seçir. Bu da xüsusilə ictimaiyyət tərəfindən “özünəinam” kimi qəbul olunur. Halbuki bu, bir qədər də ünsiyyət tərzindəki fərqlilikdən irəli gəlir.

Amma bunu da nəzərdən qaçırmamaq lazımdır: bu özünəinam eyni zamanda bir riskdir. Çünki Rusiya ilə münasibətlər yalnız ritorikadan ibarət deyil; bura təhlükəsizlik, iqtisadiyyat və geosiyasi tarazlıqlar daxildir. Sərt suallar alqış qazandıra bilər, amma əsl nəticələr meydanda ölçülür.

Qısacası, Paşinyanın bu davranışı “güc nümayişi”ndən çox, dar manevr sahəsində hərəkət edən liderin formalaşdırdığı refleksə bənzəyir. Bu, sakit qalmağın bəzən danışmaqdan daha ağır nəticələr doğura biləcəyini anlayan bir refleksdir”,  deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05