!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sənət aləminə AĞIR İTKİ: Məşhur musiqiçi vəfat etdi - FOTO

!Reklam – Yazi

Dünya şöhrətli musiqiçi Maksi Caz dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, əsl adı Maksvell Freyzer olan 65 yaşlı musiqiçi Londondakı evində dünyasını dəyişib.

Musiqiçinin sosial şəbəkə hesabından ölüm xəbəri bu şəkildə paylaşılıb:

“Maksi Cazın dünən gecə Londondakı evində dinc şəkildə dünyasını dəyişməsini dərin hüznlə bildiririk. O, həyatımızı bir çox cəhətdən dəyişdirən insan idi. O, musiqimizə məna və dəyər qatdı”.

Qeyd edək ki, Maksi Caz 14 iyun 1957-ci ildə Londonda anadan olub.

“Faithless” qrupunun solisti olan musiqiçi Tiesto ilə “Dance4life” və Robbie Williams ilə “My Culture” mahnılarını da ifa edib.

1995-ci ildə yaradılmış Maksi Cazın rəhbəri olduğu “Faithless” qrupu 1999 və 2002-ci illərdə ən yaxşı rəqs performansına görə “Brit” mükafatına namizəd olub.

COP29

www.yenicag.az

2072
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv