Sənət sosial şəbəkələrə UDUZUR? - “Biabırçı bir şeylə də məşhurlaşmaq olar”

media-hightechnic-468x90

Təəssüf ki, bu gün kino və digər yaradıcılıq sahələri sosial şəbəkələrin ciddi təsiri altındadır. Hətta süni intellekt artıq filmlərin çəkilişində və dublajında geniş istifadə olunur.

media-banner_tkm

Bu reallıq isə bir sualı gündəmə gətirir: “Müasir dövrdə sənət sosial şəbəkələrə və süni intellektə uduzurmu?”

Tanınmış aktyor Vüsal Murtuzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, hazırda sosial platformalarda məşhurlaşmaq çox asanlaşıb:

“Bu gün sosial şəbəkələrdə populyarlıq qazanmaq, obrazlı desək, “2 vur 2” qədər bəsitdir. Nə təqdim etməyindən asılı olmayaraq  hətta çox biabırçı bir şeylə də məşhurlaşmaq mümkündür. Amma internetin olub-olmamasından asılı olmayaraq, sənət həmişə sənət olaraq qalır. Əsl sənəti yalnız onu dərk edən tamaşaçılar dəyərləndirə bilər.

Razıyam, bu gün dünyada böyük əksəriyyət bir-iki günlük şöhrət üçün ‘ağzına gələni’ danışan və göstərən şəxsləri izləyir. Lakin yenə deyirəm, sənət öz ali mövqeyini qoruyur. Hesab edirəm ki, sənət heç vaxt uduzmur, əksinə, hər zaman hər şeydən üstündür”.

Aktyor süni intellektin də sənət qarşısında aciz qaldığını vurğulayıb:

“O ki qaldı süni intellektə, o, hələ ki sənətin verdiyi həqiqi nəticəni və uğuru nümayiş etdirə bilmir. Yəni hələlik sənətə uduzur. Düzdür, süni intellekt vasitəsilə hazırlanan filmlər, videoçarxlar var, amma onlar tam real deyil. Çünki əsas olan insan faktorudur. Canlı sənət, insanın təbii oyunu və reaksiyaları süni intellektin əvəz edə bilməyəcəyi reallıqlardır”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05