Bir həftə öncə Aslıhan Doğanla evlənən Arda Turan xanımı ilə birlikdə axşam yeməyindən çıxarkən jurnalistlərlə qarşılaşıb.
Yenicag.az xəbər verir ki, jurnalist Aslıhana “Ərinizin evində sadə toy etdiniz. Xəyalınızdakı toy necə idi?” sualını verib. Ardanın xanımı isə danışmayacağını bildirib. Jurnalist isə öz növbəsində “Arda Turan danışmağınıza icazə vermir?” sualını ünvanlayıb.
Bu sual “Başakşehir”in futbolçusunu özündən çıxarıb. Nəticədə Türkiyə millisinin yarımmüdafiəçisi “Ədəbli ol. Qadağa nə deməkdir? Sənin başını əzərəm, arvadımla danışırsan” deyə, qışqırıb.
www.yenicag.az