Separatçılar “Qrad”la bazarı vurdu

media-hightechnic-468x90

bbbbbbbbbbbbtgSeparatçılardan ibarət hərbi maşın karvanı iki zirehli transportyor və iki “Qrad” qurğusu ilə birlikdə Ukraynanın Merçalovo şəhərində yerləşiblər.

Bu barədə sosial şəbəkələrdəki istifadəçilər məlumat veriblər.

Bu rayondan onlar hər iki “Qrad”la Dobropolya şəhəri istiqamətini yaylım atəşinə tutmaq istəyiblər. Lakin qurğulardan biri atəş açılmazdan əvvəl yanıb və bütün döyüş sursatı məhv olub. 40 raketdən yalnız 14-ü qalıb. Onlar Svyatoqorskdakı Ukrayna ordusunun blok-postlarını atəşə tutmaq istəyiblər. Lakin səhv tuşlanma nəticəsində bütün raketlər tərəvəz bazasına düşüb. Nəticədə bazada işləyən gənc qız ağır yaralanıb. Raketlərdən ikisi isə bir qədər yaxınlıqda yerləşən ticarət obyektlərinə dəyib. Orada mühafizəçi işləyən gənc oğlan yerindəcə ölüb”, – şahidlər bildiriblər.

Şahidlərin sözlərinə görə, hazırda həmin ərazi Ukrayna hərbçiləri tərəfindən mühasirəyə alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600