Sərdar Ortaçın etirafı

media-hightechnic-468x90

8330062_eMüğənni Sərdar Ortac həmkarı və yaxın dostu Ebru Gündeşi çətin günlərində axtarmadığı üçün peşman olduğunu söyləyib.

Sənətçi “Söyləməsəm, olmaz” proqramında maraqlı açıqlamalar verərək səhvini boynuna alıb:

“Ebruyla heç zaman küsülü olmadıq. Mənim çox böyük səhvim var. 1997-ci ildə Mamak həbsxanasında yatdığım vaxtda məni ilk ziyarət edən adam o idi. Ən pis vaxtlarımda hər zaman yanımda olub. Keçən il Ebrunun başına pis hadisələr gələndə isə mən heç bircə “keçmiş olsun” da demədim. Elektron məktub yazdım, mesaj yazdım, amma yeni telefon nömrəsini tapa bilmədim. Əslində isə məndə varmış, sadəcə bəsarətim bağlandı. Ebrunun ürəyini qırdım və nə desə, haqlıdır. Kaş ki evinə gedib “keçmiş olsun” desəydim, üz-üzə görüşsəydim. Xlo (həyat yoldaşı) da “mütləq get, o sənin dostundur” dedi. Amma gündəm çox qarışıq idi, bəlkə də görüşməyə qorxurdum”.

Xatırladaq ki, 2013-cü ilin dekabrında Türkiyədə aparılan polis əməliyyatları nəticəsində Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab həbs olunmuşdu. O, 2014-cü ilin fevral ayında sərbəst buraxılıb.

(hafta.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600