Sərnişin qatarı yandı-Azərbaycanda
Azərbaycanda Yalama dəmiryol keçidində sərnişin qatarında bu gün səhər yanğın baş verib, nəticədə bir vaqon yanıb. Qatarda olan bütün sərnişinlər evakuasiya olunub, xəsarət alan yoxdur.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəisi Nadir Azməmmədov deyib.
FHN-nin dəmiryol mütəxəssisləri tərəfindən yanğın söndürülüb. Yanğının söndürülməsində dəmiryol qatarlarının söndürülməsi üçün nəzərdə tutulan xüsusi qatardan istifadə olunub.
İlkin məlumata görə, yanğının səbəbi söndürülməmiş siqaret olub.
Hazırda hərəkətin bərpa edilməsi ilə bağlı işlər aparılır(trend).