Sərxanla Rəqsanənin davası yenidən ALOVLANDI: “Ondan da pis günə qalasan”
Sərxan Kərəmoğlu ilə müğənni Rəqsanə İsmayılova arasında keçmiş dava yenidən alovlanıb.
Yenicag.az xəbər verir ki, Kərəmoğlu “Tarixin bir günü” verilişində qarşı tərəfin ünvanına od püskürüb. Rəqsanənin ona şər atdığını deyən Sərxan müğənniyə ağır ittihamlar səsləndirib:
“Mən daha heç kimə inanmaram. Eləcə də şou-biznesdə 90 faiz kimsəyə etibarım yoxdur. Amma o qıza (Aysun İsmayılovaya – red.) inanıram ki, o, ailə qurub xanım olmaq istəyir. Mən əslində bu sözləri deməklə onun övladını yüksəyə qaldırıram, o isə özünü verir qabağa ki, sən niyə mənə inanmırsan? Bir də demişəm, ərə getdiyi bəyi də tanıyıram, atası da yaxşı kişidir, amma mən o bəyə güvənmirəm. Amma yenə çıxıb efirdə mənə şər atır ki, güya mən demişəm onun qızının toyu saxtadır.
Amma bugünkü gündə arzumdur ki, o, bundan da pis günə qalsın. Çünki mənim haqqıma girir, mənə şər atır. Mən qarğış etmirəm, adamı məcbur edirlər. Deyir, Sərxan orada olduğuna görə o toya getmədim. Əslində isə sən demisən ki, Sərxanı o məclisdən uzaqlaşdırın, o getməsin, mən gəlim. Məni adam içində beşqəpiklik et, sonra çıx de ki, Sərxan yaxşı adamdır. Mənə lazım deyil”.
Nehru












