Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə TƏDBİR KEÇİRİLDİ – FOTO
26.04.2025-cil il tarixdə, Bakı şəhəri, Hövsan qəsəbəsi, Höccət İbn Həsən məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və “Höccət İbn Həsən məscidi” dini icmasının birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əsl vətənpərvər, yenilikçi, öz doğma dilində unikal əsərlər yaratmış, böyük bir ədəbi məktəbin əsasını qoymuş, şərq fəlsəfəsi və müqəddəs Qurani-Kərimdən qidalanan maarifpərvər şair Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibət ilə tədbir keçirilmişdir.
Yenicag.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan dini icmanın rəhbəri Allahverən Məmmədzadə zəngin yaradıcılığı ilə ədəbiyyat tariximizdə, xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılmasında mühüm rol oynamış Seyid Əzim Şirvani ədəbi irsinin bu gün də öz aktuallığını itirmədiyini qeyd etmiş, bununla bağlı ədibin 190 illik yubileyinin keçirilməsinə dair ölkə başçısı, cənab Prezident İlham Əliyevin Sərəncam imzaladığını diqqətə çatdırmışdır.
Tədbirdə respublikanın tanınmış alim və ziyalıları, elm və incəsənət xadimləri, həmçinin Suraxanı rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Nazim Fətullayev, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, şərqşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov, filologiya üzrə fəlsəfə doktoru Vərağa Almaslı, Əməkdar incəsənət xadimi, dosent Hacı Aqil Məlikov, Azərbaycan Milli Konservatoriyasının dosenti, əməkdar artist Valeh Rəhimov iştirak etmişdir.
Tədbir zamanı Hövsan kənd sakini şərqşünas Elnur Kazımovun şəxsi kitabxanasından Seyid Əzim Şirvani yaradıcılığından bəhs edən kitablar nümayiş olunub.