Şeyx Əbdül qurultayı BOYKOT ETDİ: “Rasimin qəbri çatlayır...”
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədrinin və rəhbər heyətinin seçilməsi üçün keçirilən qurultay bir qrup kino xadimi tərəfindən boykot edilib.
Yenicag.az xəbər verir ki, boykot edənlər arasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov da var. O, keçirilən konfransı “kolxoz iclası” adlandıraraq kəskin tənqid edib:
“Bu qurultay yox, kolxoz iclası və bir qrup adamın şousudur. İttifaqın birinci katibi Şəfiqə Məmmədova, mən, Ayaz Salayev və bir çox kino xadimi bu iclasa qatılmadıq. Bu, qeyri-qanuni və saxta bir tədbirdir. Hoqqa çıxarırlar, amma məqsədlərinə nail ola bilməyəcəklər”.
Xalq artisti mərhum aktyor Rasim Balayevin adının hallanmasına da sərt reaksiya verib:
“İndi Rasim Balayevin qəbri çatlayır. Vaxtilə onun xəstəliyindən istifadə edən bəzi avantüristlər indi onun yerinə keçmək üçün oyun qurublar. Əsl kino xadimləri bunu çox gözəl anlayır. Biz hələlik gözləyirik”.
Cəvahir













