Şimali Kipr heyəti Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak üçün Bakıdadır
Azərbaycanın paytaxtı Bakıda 6-cı Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilib.
Yenicag.az xəbər verir ki, Beynəlxalq Türk Yazarlar Birliyi tərəfindən təşkil olunan festival Türk dünyasının müxtəlif coğrafiyalarından gələn mühüm simaları bir araya gətirib.
Festival çərçivəsində “25 May Şimali Kipr Günü” elan edilib.
Şimali Kipr Türk Respublikasını (ŞKTR) festivalda ŞKTR-in Bakıdakı nümayəndəsi, səfir Ufuk Turganer, ŞKTR-in İstanbuldakı konsulu Ülkü Alemdar, həmçinin sənət dünyasından şair, yazıçı, karikaturaçı və tarixçilərdən ibarət heyət təmsil edib.
ŞKTR-in İstanbuldakı konsulu və şair Ülkü Alemdar festivalda həyat təcrübələrini qələmə aldığı şeir kitabı ilə iştirak edib. Şairin “Zümrüdü Anka Yolunda” adlı kitabı türk dünyası tərəfindən böyük rəğbətlə qarşılanıb.













