!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasətçinin 100 minlik dələduzluğuna REAKSİYA: “Nə onun özünü tanıyıram, nə də partiyasını” – Sərdar Cəlaloğlu

!Reklam – Yazi

“O necə partiya sədridir, o necə partiyadır ki, sadə vətəndaş bir yana, mənim kimi bir siyasətçinin belə ondan xəbəri yoxdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Mübarizlər Partiyasının (AMP) sədri Ağadur Müslümova qarşı 100 manatlıq dələduzluq ittihamı ilə cinayət işi açılması haqda xəbərə münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədrinin sözlərinə görə, barəsində cinayət işi açılan və əksəriyyətin tanımadığı partiya rəhbərinin siyasi fəaliyyəti formal xarakter daşıyır:

“Demokratiyanın ən böyük qüsurlarından biri bəzilərinin ondan sui-istifadə etməsidir. Düzdür, hər adamın partiya yaratmaq hüququ mövcuddur, ancaq hüquqdan əlavə, imkan amili də var. Necə ki hamının təhsil almaq hüququ var, ancaq hər kəs universitetə qəbul ola bilmir, partiya yaratmaq da belədir.

Bir adam ki partiya sədridir və bu günə qədər bir bəyanatla çıxış etməyib, ölkənin siyasi həyatında iştirakı olmayıb, onu kimdir qeydiyyata alan? Guya Azərbaycanda əlli beş partiya var. Məsələn, mən ilk dəfədir ki, Mübarizlər Partiyasının adını eşidirəm, onun sədrini nə görmüşəm, nə də belə bir siyasətçinin mövcudluğundan xəbərim var.

O necə partiya sədridir, o necə partiyadır ki, sadə vətəndaş bir yana, mənim kimi bir siyasətçinin belə ondan xəbəri yoxdur? Azərbaycanda kriteriyalara cavab verən maksimum on partiya var. Digərləri nə ölkənin ictimai-siyasi həyatında iştirak edirlər, nə də ortaya doğru-dürüst mövqe qoyurlar.

Azərbaycanda əlli beş partiyanın olması gülünc bir şeydir. Bu partiyaların qırxa yaxını formal olaraq, mövcuddur”.

Aqil Bəkir

www.yenicag.az

1037
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv