!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyəzəndə ağır yol qəzası - 3 nəfər öldü

!Reklam – Yazi

Bakı-Quba yolunun Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş vermiş yol qəzasında 3 nəfər ölüb.

Yenicag.az-ın məlumatına görə, gecə saat 02:00 radələrində baş verən qəzada 38 yaşlı Elxan Şövkət oğlu Əhmədovun idarə etdiyi “Renault” markalı avtomobillə “KamAZ” markalı yük avtomobili toqquşub.

Nəticədə sürücü – Siyəzənin Böyük Həmyə kənd sakini Elxan Əhmədov, onun sərnişinləri – Siyəzən sakinləri, 26 yaşlı Şamo Zəbiulla oğlu Əliyev, 29 yaşlı Turan Mahir oğlu Əsgərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir./APA/

www.yenicag.az

1106
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv