Sobanın üstünə yıxılaraq yanıb
Balakəndə 47 yaşlı qadın sobanın üstünə yıxılaraq yanıb.
Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, rayonun Hənifə kənd sakini, 1967-ci il təvəllüdlü, Xalidə Soltan qızı Qurbanova güclü yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, epilepsiya xəstəliyindən əziyyət çəkən 47 yaşlı Xalidə Qurbanova yaşadığı evdə epilepsiyası tutması zaman yanan sobanın üstünə yıxılıb.
Nəticədə qadının bədəninin ümumilikdə 20 %-i 2-ci, 3-cü və 4-cü dərəcəli termiki yanıq xəsarətləri alıb. Məlumatda bildirilir ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Xalidə Qurbanovanın vəziyyəti hazırda ağır qiymətləndirilir(apa).