!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ŞOK: Toğrul Əsgərov Azərbaycandan imtina etdi? - Baş məşqçidən açıqlama

!Reklam – Yazi

“2012 – London Olimpiadası”nda qızıl, “2016 – Rio-de-Janeyro Olimpiadası”nda isə gümüş medal qazanan Toğrul Əsgərov şok paylaşım edib.

Yenicag.az xəbər verir ki, sərbəst güləşçi bundan sonra Türkmənistanın uğurları üçün çalışacağını bildirib.

Məsələyə münasibət öyrənmək üçün, Yenicag.az millimizin məşqçisi Firdovsi Umudovla əlaqə saxladı. Baş məşqçi əməkdaşımızla söhbətində məsələdən xəbərsiz olduğunu bildirdi:

“Toğrul bir ildir ki, güləşmir. Məlum olduğu kimi zədəsi var. Buna görə də qarşıdakı günlərdə Türkiyədə əməliyyat olunacaq. Düzdür, hazırda Türkmənistandadır. Buna səbəb isə Türkmənistan Güləş Federasiyasına yeni prezidentin seçilməsidir. Toğrul Hacı Əliyevlə birlikdə ora qonaq kimi dəvət olunub. İndi Əsgərovun paylaşımının ciddi, yoxsa zarafat olduğunu deyə bilmərəm. Mənim özüm də Türkiyəyə gedib, Toğrula baş çəkəcəm. Məsələnin ciddi olub-olmadığını isə o zaman öyrənəcəm”.

Emin Səfərov

Yenicag.az

COP29

www.yenicag.az

1613
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv