SON DƏQİQƏ! Bu məntəqənin nəticəsi ləğv edildi

media-hightechnic-468x90

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən namizəd Sitarə Zeynalova və digərlərinin müraciətinə baxılıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK katibi bildirib ki, namizədlər müraciətində DSK-nın seçki ilə bağlı qərarının ləğvini istəyib:

“Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma nəticəsində yalnız 1 seçki məntəqəsində pozuntular aşkar edilib. Digər məntəqələr üzrə isə pozuntular müəyyən edilməyib. Bununla əlaqədar 1 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 1 seçki məntəqəsi ( 8 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.Cəmi 1 məntəqə üzrə nəticənin ləğv edilməsi dairə üzrə ümumi nəticəyə təsir etməyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05