!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SON DƏQİQƏ: Rusiya tərəf dəyişdirdi, Əsəd YPG ilə nələr razılaşıb? - Detallar açıqlandı

!Reklam – Yazi

Bəşər Əsəd və terror təşkilatları PKK/YPG arasında razılaşma bəlli olub. 

Yenicag.az xəbər verir ki, razılaşmaya görə, terror təşkilatının 5-ci Korpus olaraq Suriya ordusuna qoşulacağı, yeni konstitusiyada muxtariyyətin tanınacağı və ordunun təkcə sərhədlərə deyil şəhər mərkəzlərinə girəcəyi iddia edilib.

ABŞ-ın “Barış Pınarı” Hərəkatı bölgəsini tərk etdiyi bir vaxtda dünən yeni bir gözlənilməz qərar qəbul edilib. Belə ki, Suriya Dəməşq hakimiyyəti Türkiyəyə qarşı dirənmək üçün hərəkətlənməyə və şimala doğru irəliləməyə başlayıb. Bu gün yayılan yeni iddialara görə, Dəməşq hakimiyyəti YPG terror təşkilatı ilə razılaşıb.

Anlaşmanın müddəaları sırasında neft təsisatlarının Dəməşqə verilməsi, həmçinin Suriya səmasının Türkiyə qırıcıları üçün bağlanılması da yer alıb.

Nələr baş verir? 

Türkiyə “Barış Pınarı” əməliyyatları sırasında, ABŞ-ın bölgədən əsgərlərini çəkmək qərarından sonra Əsəd qüvvələrinin Münbiç və Kobaniyə girəcəyi iddia edilib.

Eyni amanda Suriyadakı Rusiya ordusunun sözcüsü verdiyi açıqlamada, ABŞ-ın bölgədən əsgərlərini çəkməsi ilə Rusiya və Əsəd qüvvələrinin bölgəyə girəcəyini açıqlayıb. Məlumatı İngiltərə mərkəzli Suriya İnsan Hüquqları evi də təsdiqləyib.

Qeyd edək ki, sözügedən rayonlar strajeti əhəmiyyətə malikdir. Türkiyə tərəfi terroru bitirmək üçün onların bu şəhərlərdən təmizlənməsini vacib sayır.

Həşim Səhrablı

www.yenicag.az

2209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv