Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

SON DƏQİQƏ: Türkiyə rəsmi şəkildə F-35 proqramından çıxarıldı - Pentaqon prosesi başlatdı

Ağ Evi F-35 ilə bağlı rəsmi qərar verib. 

Yenicag.az xəbər verir ki, qərara əsasən, Türkiyənin F-35 proqramına daxil edilməsi imkansız adlandırılıb.

Buna səbəb kimi Türkiyənin Rusyadan S-400 zenit-raket komplekslrinin alınması göstərilib.

Pentaqon məsələyə münasibət bildirərək, bu qərarın sürpriz olmadığını, S-400-lərin alınması halında bu halın yaşanacağı barədə əvvəlcədən məlumat verildiyini bildirib.

“F-35 təkminləşdirilimiş qırıcı vasitədir. Onun Rusiya istehsalı zenit-raket kompleksləri ilə birlikdə istifadəsi yolverilməzdir.

ABŞ Türkiyə ilə havadan müdafiə sistemlərini təkminləşdirmək üçün ortaq layihələr üzərində işləyirdi. S-400-lərin alınmaması üçün bir sıra təkliflər də edilmişdi.

Türkiyə 65 ildən çoxdur NATO-nun sadiq üzvüdür. Ancaq Rusiya istehsalı S-400 zenit-raket komplekslərinin alınması Rusiya hərbi sənayesindən uzaqlaşmaq barədə NATO ortaqlarının bir-birinə verdiyi sözə zərər verdi.

Bu qərar Türkiyənin NATO daxili münasibətlərinə mənfi təsir edəcək. Ancaq ABŞ hələ də Türkiyə ilə strateleji tərəfdaşlığa önəm verir”.

Pentaqon isə rəsmi olaraq Türkiyənin F-35-lərin satınalma proqramına qatılımını ləğv etməyə başladığını açıqlayıb:  

“Sonun belə olmaması üçün çox çalışdıq. Bu cür sonluq üçün üzgünük. Amma Türkiyənin F-35 proqramından çıxarılması sürpriz olmamalıdır.

Türkiyə bu qərarı ilə iqtisadi iş imkanlarını və biznes fürsətlərini də itirəcək. F-35 proqramı ilə bağlı 9 milyard dollarlıq itgi yaşanacaq”.

 

Həşim Səhrablı 

www.yenicag.az

8495
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM