Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

media-hightechnic-468x90

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 59 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, son sutkada COVID-19-dan 7 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 827 738 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 388 nəfər müalicə olunaraq sağalıb, hazırda 275 aktiv xəstə var. Bu günə qədər 10 075 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 908, bu günə qədər isə ümumilikdə 7 475 435 test icra olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600