Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sony Xperia 5 Plus flaqman smartfonunun ilk render FOTOLARI

OnLeaks ləqəbi ilə tanınan məşhur insayder hələ təqdim edilməmiş Sony Xperia 5 Plus flaqman smartfonunun ilk render fotolarını təqdim edib.

Yenicag.az xəbər verir ki, sözügedən smartfon keçən il təqdim edilmiş Xperia 5 modelinin Plus versiyasıdır və onlar xarici görünüşcə bir-birilərindən fərqlənirlər.

Təqdim edilmiş fotolardan da görmək olar ki, Xperia 5 Plus smartfonu şirkət üçün tamamilə yeni olan dizaynda reallaşdırlacaq. 6.6 düym OLED ekran smartfonun ön panelini tamamilə əhatə edir və yuxarı-aşağı hissələrdən nazik simmetrik çərçivələr ilə əhatə olunub. Həmin çərçivələrə isə danşıq üçün nəzərdə tutulmuş səsgücləndiricilər yerləşdirilib.

Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Smartfon həmçinin yuxarı hissədən 3.5 mm-lik audiogirişə və aşağı hissədən USB Type-C girişinə sahib olacaq. Arxa paneldə 3 əsas kamera modulu və əlavə ToF modul yerləşdiriləcək. Sony Xperia 5 Plus-ın texniki göstəriciləri və təqdimat tarixi barəsində heç bir məlumat yoxdur./Technote/

www.yenicag.az

348
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100