Gələn ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 3 244,6 mln. manat vəsait proqnozlaşdırılıb ki, bu da 2019-cu illə müqayisədə 770,5 mln. manat və ya 31,1% çoxdur.
Yenicag.az xəbər verir ki, bu haqda Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində qeyd edilib.
Sənədə əsasən, sosial müdafiə və sosial təminat xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin növbəti ilin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 12,1% təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 2,3 faiz bəndi çoxdur. ÜDM-ə nisbətən həmin xərclər 3,9% təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 0,8 faiz bəndi çoxdur.
2020-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1 426,9 mln. manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə yönəldiləcəkdir ki, bu da 2019-cu illə müqayisədə 74,2 mln. manat və ya 5,5% çoxdur.
2020-ci ildə sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin maliyyələşdirilməsi üçün sosial müdafiə və sosial təminat xərclərindən 1 398,4 mln. manat vəsait sərf ediləcək ki, bu da 2019-cu illə müqayisədə 716,1 mln. manat və ya 2 dəfə çoxdur.
www.yenicag.az