!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosioloqdan sərt REAKSİYA: “Universitetlərdə qızların geyimlərinə normalar qoyulsun”

!Reklam – Yazi

“Bəzi qız tələbələrinin cəlbedici, açıq-saçıq geyimlərlə ali təhsil ocağına gəlməsinə qadağa qoyulmur, lakin oğlan tələbələrə saqqala qadağa qoyulur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ötən gün saqqalına görə universitetə girişinə qadağa qoyulan tələbələr haqda danışan sosioloq Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, saqqalın olması şəxsin nə özünə, nə təhsilə, nə də başqalarına problem yaratmır.

“Oğlan tələbələrin saqqalına görə universitetə buraxılmaması məsələsinə bir tərəfdən baxsaq, ali təhsil müəssisəsinin öz davranış, geyim qaydaları, təlimatları və normaları ola bilər və buna riayət olunmalıdır. Digər tərəfdən, təbii-bioloji qanunlara baxsaq, kişilərdə üzündə tük olması ta qədimdən min illərlə mövcud olub və bunu kimsə təmizləməyə və ya qırxmaya bilər.

Saqqalın olması şəxsin nə özünə, nə təhsilə, nə də başqalarına problem yaratmır. Bu səbəbə görə tələbəni ciddi şəkildə cəzalandırmaq, məhdudiyyət tətbiq etmək yolverilməzdir. Bu, insan hüquqlarına zidd addımdır. Əgər belə hallar varsa, əlbəttə, çox uzunluqda saqqal saxlamaqda düzgün olmaz. Düşünürəm ki, digər hallarda buna hər hansı müdaxilə edilməməlidir”, – deyə o bildirib.

Sosioloq əlavə edib ki, kişilərdə elementar, təbii-bioloji üz tükünə görə cəzalandırılması nə hüquqi, nə də mənəvi, sosioloji, psixoloji baxımından düzgün deyil:

“Bəzi təhsil müəssisələri tamamilə cızığından çıxmış məsələlərlə məşğul olsalar, daha yaxşı olar. Bu da bəzi qız tələbələrin geyim formasıdır. Bəzi qız tələbələrinin cəlbedici, açıq-saçıq geyimlərlə ali təhsil ocağına gəlməsinə qadağa qoyulmur, lakin oğlan tələbələrə saqqala qadağa qoyulur. Bəzi qız tələbələrin hər cür geyim formasında gəlməyə məhdudiyyət qoyulmaması, lakin kişilərdə elementar, təbii-bioloji üz tükünə görə cəzalandırılması nə hüquqi olaraq, nə də ki, mənəvi, sosioloji, psixoloji baxımından düzgün deyil. Yaxşı olar ki iş yerlərində, məktəblərdə, universitetlərdə bəzi qızların geyimlərinə konkret normalar qoyulsun. Əsas problemlər bir kənarda qalıb, lakin heç bir şeyə mane olmayan, min illərdir insanların bu formada normal yaşayış tərzi olan bir saqqal məsələsini şouya çevirmək yolverilməzdir”.

İsmayıl Bakuvi

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv