!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şou-biznesdə yeni UCUZ TREND: Yerə çırpılan mikrofon yox, batırılan sənətdir - Cəvahir Nehru yazır

!Reklam – Yazi

Əvvəllər müğənnilər soyunurdular və daha çox bədənləri ilə gündəmə gəlirdilər.

İzləyicidə çılpaq bədənə tamaşa etmək həvəsi nisbətən öləzidikdən sonra başqa variantlara əl atmalı oldular. Məsələn, başladılar qucağa hoppanmağa. Müğənni Musa Musayevin həyat yoldaşı Təranə Qumralı kamera qarşısında qucağına almasından sonra isə bu trendi digər müğənnilər də yeniləməyə başladılar.

Qısamüddətli effekt yaradan bu trendi indi də şou əhlinin mikrofonu yerə çırparaq studiyanı tərk etməsi əvəzləyib. Əndirəbadi geyimləri və seksual məzmunlu şeirləri ilə ilə vaxtaşarı diqqət mərkəzinə düşməyə üstünlük verən Elza Seyidcahan da “poeziyasının” təsir gücünün azaldığını hiss etdiyindən, başqa “kreativ” ideyalarını tətbiq etməyə qərar verdi.

Bu sırada da Xalq artsiti Flora Kərimovanın kölgəsində parlamağı tərcih etdi. Güya sənətkarın onun barəsində tənqidi fikirlərinə etiraz əlaməti olaraq, mikrofonu yerə çırpıb studiyadan çıxdı. Telekanaldan yox ha, studiyadan. Bayırda bir az oyalanandan sonra yenidən həmin studiyaya qayıtdı. Amma nə üzlə, bu da mənə çatmadı.

Necə deyərlər, söyməyi ilə öyüməyi bir oldu. Mikrofonu yerə çırpan əli ilə Kərimovaya barışıq əli uzatdı. Bununla da söhbət “öldü”. Digər telekanallar da bu kimi vasitələrdən bəhrələnməyə başladılar. Bu trendi Mənzurə Musayeva “Xəzər axşamı” verilişində yenilədi. Mikrofonu döşəməyə Elza qədər zərblə çırpmasa da, yerindən fırr edib, studiyanı tərk etdi.

Amma dəqiqələr keçməmiş yenidən studiyaya qayıdıb, heç nə olmamış kimi yenidən oxumağına davam etdi… Görək şou əhli diqqət çəkmək üçün sabah-birigün daha hansı “tamaşalara” tərtibat verəcək? Maraqlıdır, görəsən, izləyicilərə, sənətə hörmətsizliyi özünə rəva görmək bu qədərmi vacibdir? Belə ucuz variantlarla reklam olunmaqdan, iki-üç saatlıq gündəm yaratmaqdansa, olmazmı, özünüzə hörmət edəsiniz?

Məsələn, sənətinizdə yenilik edib, gündəmi müsbət mənada bir-birinə vurasınız? Bu isə o deməkdir ki, sənət olmayan yerdə müğənnilər belə ucuz şoularla meydan sulayır. Oğul ona deyərəm ki, qucağa hoppanmaq, mikrafonu yerə çırpmaqla deyil, sənəti ilə gündəm yaratmağı bacarsın. Yalnız o zaman aldığınız rəsmi, ya qeyri-rəsmi fəxri tutulları həqiqətən, haqq etdiyinizi isbatlayarsınız.

Cəvahir

COP29

www.yenicag.az

881
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv