!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şoyqu və Lavrov Türkiyəyə səfər edəcəklər

!Reklam – Yazi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu iyunun 14-ü Türkiyəyə səfər edəcəklər.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

“Rusiya Federasiyası Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən əldə olunmuş razılaşmaya uyğun olaraq, Rusiyanın Xarici işlər naziri Lavrov və Müdafiə naziri Şoyqu 14 iyunda Rusiya nümayəndə heyətinin başçıları kimi qarşlıqlı maraqları təmin edən regional problemlərlə bağlı məsləhətləşmələr aparmaq üçün Türkiyəyə gedəcəklər”, – nazirlikdə bildiriblər.

İyunun 10-da Rusiya və Türkiyə prezidentləri arasında telefon söhbəti olub. Danışıqlarda Suriyada, Liviyadakı münaqişələrin nizama salınması, həmçinin dünyada epidemiologiya vəziyyətinin yaxşılaşması fonunda ikitərəfli qarşılıqlı əlaqələrin bərpası müzakirə edilib.

COP29

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv