SSRİ Ali Sovetinin sonuncu sədri Anatoli Lukyanov vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə Smolensk vilayətinin qubernatoru Aleksey Ostrovski özünün “Twitter” səhifəsində bildirib.
“Bu gün məşhur Smolensk sakini və çox gözəl insan SSRİ Ali Sovetinin son sədri A.İ. Lukyanov dünyasını dəyişdi”, – deyə o yazıb.
Anatoli Lukyanov 1930-cu ilin 7 mayında Smolenskdə doğulub. O, Sovet İttifaqının ən yüksək qanunverici orqanının başçısı postunu 1990-cı ilin martından 1991-ci ilin sentyabrına qədər tutub.
A.Lukyanov həmçinin 1993-cü ildən 2003-cü ilə qədər Rusiya Dövlət Dumasının deputatı olub./Report/
www.yenicag.az