Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda özəl klinikada baş verən ölüm hadisəsi barədə açıqlama verib.
Yenicag.az xəbər verir ki, TƏBİB-in məlumatına görə, iyulun 9-u saat 02:40-da 1992-ci il təvəllüdlü şəxs (qadın cinsli) təcili tibbi yardım vasitəsilə ishal şikayəti ilə Sabunçu Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib və zəruri tibbi xidmət göstərilib:
“Xəstə daha sonra öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.
Sözügedən xəstə üçün özəl tibb müəssisəsindən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyulun 9-da çağırış daxil olub və hadisə yerinə dərhal reanimasiyon briqada cəlb olunub.
Qeyd edək ki, xəstənin özəl tibb müəssisəsində öncə klinik ölümü və birgə aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq bioloji ölümü qeydə alınıb”.
***
“Stimul Hospital”da baş verən ölüm hadisəsi ilə bağlı klinika açıqlama yayıb.
Qurumdan daxil olan açıqlamada bildirilir ki, xəstə 1992-ci il təvəllüdlü Cabbarlı Aytən Fəxrəddin qızı klinikaya kənar ağır vəziyyətdə daxil olub. “Xəstə klinikaya daxil olarkən, dəri örtüyü avazmış, arterial təzyiq 60/20 mm civə sütunu, saturasiyası 30, nəbzi 150/160 olmuş, xəstənin ağzından və burnundan qan gəlmişdir.
Xəstənin yaxınlarından ilkin məlumatlar toplanmış, verilən məlumatlara görə xəstənin evdə 4 gün qızdırması olmuş, bununla əlaqədar iyul ayının 8-dən 9-na keçən gecə 3 saylı şəhər klinik xəstəxanasına müraciət etmişlər. Xəstəxanada yaxınların dediyinə görə xəstənin mədəsi yuyulmuş və evə buraxılmışdır. Buna baxmayaraq qusması davam etmişdir. 09.07.2024-cü il saat 08:00 rədələrində bizim klinikaya ağır vəziyyətdə müraciət etmişlər, xəstəyə dünya protokolunda mümkün olan bütün reanimasyon tədbirlər göstərilmiş və dərhal 103 çağrı mərkəzinə müraciət edilmişdir. Onlar üç fərqli-fərqli Təcili Tibbi Yardım briqadası klinikaya gəlmiş xəstənin vəziyyətini qiymətləndirmiş və xəstənin növbəti xəstəxanalara transferindən imtina etmişlər.
Hətta xəstə yaxınları öz istəkləri ilə klinikamıza həkim renimatoloq dəvət ediblər. Həkim reanimatoloq xəstənin ağır vəziyyətdə olduğunu və bütün reanimasyon tədbirlərin düzgün aparıldığını qeyd edib.
Sonra xəstənin yaxınları tərəfindən mərkəzi klinikadan Təcili Tibbi Yardım briqadası çağırıldı və xəstənin vəziyyətinin ağır olmasını qeyd edildi, xəstənin transferindən imtina edildi.
Bu hadisə ilə bağlı dərhal tərəfimizdən 13-cü polis bölməsinə və Sabunçu rayon prokrorluğuna məlumat verilmiş və onlar klinimaza gəlib bütün bu hadisələrdə bizimlə birlikdə iştirak etmişlər.
Tərəfimizdən aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmamışdır.
Faktla bağlı Sabunçu rayon prokrorluğunda araşdırma aparılır.
Stimul Hospitalın kollektivi mərhumun ailə üzvlərinə baş sağlığı diləyir”./yenisabah
***
Bakıda fəaliyyət göstərən özəl klinikada ölüm hadisəsi baş verib.
Yenicag.az Lent.az-a istinadən xəbər verir ki, hadisə “Stimul Hospital”da qeydə alınıb. Klinikaya gələn 1992-ci il təvəllüdlü Aytən Fəxrəddin qızı Cabbarlı orada ölüb.
A.Cabbarlının ölüm səbəbi hələlik açıqlanmır.
Baş vermiş ölüm faktı prokurorluq tərəfindən araşdırılır.
Qeyd edək ki, “Stimul Hospital” Bəxtiyar adlı iş adamına məxsusdur.
www.yenicag.az